3 Yanvar 2022
Mətni dəyiş
Ukraynada 2022-ci il yanvarın 1-dən Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun qüvvəyə minib.
Ukrayna parlamentinin Ali Radasında 2020-ci il dekabrın 3-də qəbul edilən və Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun bir ildən artıq müddətdən sonra bu gün qüvvəyə minib.
Qanunda təcavüzkar dövlət kimi müəyyən edilən Rusiya bayraqlı gəmilər beynəlxalq reyslər çərçivəsində Ukrayna ilə çay limanları arasında sərnişin və yük daşımaları həyata keçirə bilməyəcək. Bundan başqa, Rusiya bayraqlı gəmilər Ukraynanın daxili sularında dəniz yük reysləri həyata keçirə bilməyəcək.
Qanunla Rusiya vətəndaşlarına məxsus gəmilərin Ukrayna gəmi reyestrində qeydiyyata alınması da qadağan edilib.
Ukraynanın daxili suları Dnestr, Dnepr, Dunay kimi böyük çaylardan ibarətdir.