“Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”.
Bu fikirləri ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
“Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və “Omikron” ştamının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq”, - o bildirib. İlin son günündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 616 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 043 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10549, bu günə qədər isə ümumilikdə 5 863 885 test icra olunub.