Azad olunmuş ərazilərdə işlərin görülməsi üçün bir neçə məcəlləyə dəyişikliklər hazırlanıb
Bu gün Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi aparılır.
Parlamentdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Qarabağda yenidənqurma işlərinə ümumilikdə 9 milyard manat vəsait yönəldilib:
“Azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib” - S.Şərifov bildirib.
Nazir əlavə edib ki, "azad edilmiş ərazilərin bərpası və o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılması üçün" bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib: “Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.