Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda vətəndaşların 65,7 faizi qiymət artımından şikayətlənib
Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşlar arasında sorğu keçirib ki, hazırda Azərbaycanda əsas problem kimi hansı məsələləri görürlər.
Nəticələrə əsasən vətəndaşları ən çox qayğılandıran qiymət artımıdır. Respondentlərin 65,7 faizi bu problemi vurğulayıb. Digər yerlərdə, işsizlik (57.1%), maddi təminat (38.5%), narkomaniya (35.4%), dərman vasitələrinin keyfiyyəti (26.4%), korrupsiya (25.4%) məsələlərini qeyd ediblər. Respondentlərin cəmi 4.3%-i onları narahat edən problemin olmadığını qeyd edib.
Sorğu Bakı və 11 iqtisadi rayonda keçirilib. Sorğuda 1068 nəfər iştirak edib.
Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.