15 Fevral 2022
Mətni dəyiş
Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var. Bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq Kadastr Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq əldə edilib (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt də satın alınıb.
Söhbət etnik mənsubiyyətdən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığı bəlli deyil.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıblar, 1-i hədiyyə edilib, 1-i dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi əldə edilib.
Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərində olub.
Sözügedən müddət ərzində Türkiyə və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda daşınmaz əmlak sahəsində heç bir əməliyyat aparmayıblar.
İqtisadiyyat naziri Vahan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Türkiyə vətəndaşları həmişə Ermənistanda mülk əldə ediblər.