25 Fevral 2022
Mətni dəyiş
Fevralın 25-də Demokratiya- 1918 (D18) Hərəkatı Ukrayna səfirliyinin önündə dəstək aksiyasını keçirib. Onlar Rusiya ilə münaqişədə Ukrayna xalqına dəstəklərini ifadə ediblər.
"Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edərək bu ölkəyə qarşı müharibəyə başladı. Rusiya daim qonşu dövlətlərə qarşı istismarçı və işğalçılıq siyasəti yürüdüb. Bir neçə il öncə qardaş və qonşu Gürcüstanın bir hissəsini işğal edib, indi də Ukraynanı işğal etmək istəyir", -təşkilatın rəhbəri Əhməd Məmmədli deyib.
Aksiya iştirakçıları Rusiyadan imperiya siyasətindən əl çəkməyi, Ukraynanın suverenliyini tanımağı və öz qoşunlarını ölkədən çıxarmağı tələb ediblər.
Aksiyanın sonunda iştirakçılar "Slava Ukraine" şüarını səsləndiriblər.
Aksiya insidentsiz başa çatıb.