2 Fevral 2022
Mətni dəyiş
Azərbaycanda duracaqların, dayanacaqların, o cümlədən pullu dayanacaqların tənzimlənməsi təkmilləşdirilir və bu sahədə cərimələr sərtləşdirilir.
Bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edib. Bununla qaydaların pozulmasına görə tədbirlər sərtləşdirir.
Yeniliyə əsasən, maşını dayanacaq yerində ödənişsiz saxlamaya və ya ödənilmiş müddətdən artıq dayanma üçün əlavə ödənişin edilməməsinə görə sürücü 10 manat məbləğində cərimə olunacaq.
Hazırda bu cür cərimə yalnız parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.
Həmçinin sürücü tərəfindən yol nişanlarının və nişanlama xətlərinin pozulması halları baş verdikdə, digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr törədildikdə 10 manat məbləğində cərimə olunacaq.
Bundan əlavə, əlillərin maşınları üçün nəzərdə tutulmuş dayanacaqlarda digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qədər artırılıb.