7 Fevral 2022
Mətni dəyiş
İctimai və siyasi xadim, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunu məhkəməyə verib.
T. Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir. Prokurorluq bildirilmişdi ki, siyasi fəal özü özünə ağır xəsarətlər yetirib.
Söhbət siyasi məhbus Saleh Rüstəmovun müdafiəsilə bağlı aksiya zamanı onun polis tərəfindən saxlanılarkən aldığı xəsarətlərdən gedir. Tofiq Yaqublu saxlandıqdan sonra amansızcasına döyülüb, bundan sonra onu şəhərdən kənara apararaq yolda atıblar.
İddiaya fevralın 10-da Səbail Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.