27 Fevral 2022
Mətni dəyiş
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Prezident İlham Əliyev özünün "Twitter" hesabından məlumat verib.
Ölkə başçısı bildirib ki, ukraynalı həmkarı atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
https://twitter.com/ZelenskyyUa/status/1497599500889821186?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1497599500889821186%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F577487
Bildirilir ki, ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.
Bu barədə Caliber.Az eksklüziv məlumat əldə edib.
Belə ki, Bakıdan havaya qalxan İL-76 və "Boing-747" markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.
Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.
Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.