31 Mart 2022
Mətni dəyiş
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev etab edilib. Bu barədə onun vəkili Telman Abdıyev deyib.
Onun sözlərinə görə, müvəkkili Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
A.Abdullayev cəzasını orada çəkəcək.
O, 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.