23 Mart 2022
Mətni dəyiş
Füzulidə mülki şəxs minaya düşüb.
İlkin məlumatlara görə, hadisə Füzuli rayonunun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.