Aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanığın başlayıb. Yanığın gecə saatlarına qədər daha çox hissəni əhatə edib. Daha sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yanığının söndürülməsi istiqamətində addımlat atılıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub. Nazir Kəmaləddin Heydərov da hadisə yerinə gəlib. Nazir bildirib ki, yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb. O, bildirib ki, hadisə ilə bağlı prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya xəbər verilib. Görülən işlərlə yanığını məhdudlaşdırmaq olsa da, qısa müddətdə söndürmək olmayıb. Yanğın martın 29-u saat 08:24-də söndürülüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.