“Bakı Metropoliteni” QSC Rusiyadan qatarın idarəetmə sxemi üçün avadanlıq alacaq.
Tərəflər arasında müqavilə rus rublu ilə bağlanır. Dövlət satınalmalarının vahid elektron portalının məlumatına əsasən, birbaşa müqavilə martın 29-dan qüvvəyə minib. Portalda məbləğ (50 127 060) Azərbaycan manatı ilə göstərilib. Lakin “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Turan-a bildirib ki, bu, hərf səhvidir, əslində müqavilə eyni məbləğə Rusiya valyutası ilə bağlanıb. Onun sözlərinə görə, 10 vaqondan ibarət iki qatarın modernləşdirilməsi çərçivəsində “AKB LENSPETSAVTOMATIKA” (Sankt-Peterburq) maşınist kabinəsi və vaqonların salonu üçün lazımi avadanlıqları tədarük edəcək.