İran səfirliyi “Sepah_Pasdaran” Teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Səfirlik bununla bağlı araşdırma aparıldığını qeyd edib.
Açıqlamada deyilir ki, Teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.
“Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.
Bundan əvvəl İran-Azərbaycan arasında diplomatik gərginlik yaşanmışdı. İranın bir sıra dini nümayəndəsi Azərbaycanı təhdid etmişdi. Azərbaycan tərəfi isə buna cavab vermişdi. Daha sonra müxtəlif görüşlərdən sonra tərəflər arasında yumşalmalar oldu.