Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Bu barədə Moskovskiy komsomolets” yerli Mosaique FM radiostansiyasına istinadən məlumat yayıb. Bildirilib ki, Tunis xilasetmə xidmətləri ölkə sahillərində batan ticarət gəmisinin ekipayından 7 nəfəri xilas ediblər.
Tunis Mülki Müdafiə İdarəsinin məlumatına görə, ekipaja 7 nəfər daxil olub, onlar Türkiyə və Azərbaycan vətəndaşlarıdır. Ekipaj üzvləri xəstəxanaya çatdırılıb, xilas edilənlərin vəziyyəti stabildir.
Gəmi Ekvatorial Qvineyadan gəlirmiş və batmağa başlayıb. Ekipaj qəza siqnalı verib və sahil mühafizəsi bunu görüb, məlumatda deyilir. Hələlik Azərvaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə məlumat yaymayıb.