Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Toplantıda 100-dən çox müraciətə baxılıb. Bununla da baxılan müraciətlərin sayı 400-ü ötüb. Komissiyanın növbəti iclası mayın 19-da keçiriləcək.
Ehtimal edilir ki, mayın 28-i Azərbaycan Müstəqilliyinin növbəti ildönümü ilə bağlı əfv fərmanı imzalansın.Son 18 ildə imzalanan 35 əfv sərəncamı 5672 nəfərə şamil olunub. Əfv edilənlər arasında siyasi və vicdan məhbusları da olub.