7 May 2022
Mətni dəyiş
Ukraynanın Xerson vilayətini məcburən tərk etmiş 9 azərbaycanlı Azərbaycana təxliyə edilib, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.
Qurumun məlumatına görə, həmin şəxslər öncə Moskvaya, oradan isə Bakıya təyyarə ilə yola salınıb. Onların ikisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşıdır.
Soydaşlarımızın hərbi əməliyyatlar zonasından çıxarılması Azərbaycan dövlətinin hesabına həyata keçirilib.