AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək. Bu barədə Turan-a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bildirib.
"Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu msələni araşdıracayıq". Onun sözlərinə görə, tezliklə b AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar.
"Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir", deyə Şennak qeyd edib.
Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.
Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.