Dövlət başçısının 24 may tarixli sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib. Bununla bərabər, prezidentin digər sərəncamı ilə Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir.", - deyə qərarda qeyd edilib.