Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılan dini fəal Ağaəli Yəhyayev elə həmin gün axşam saatlarında 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Yahyayevi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib
Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun barəsində hökm elan edilən zaman Yəhyayev və daha 4 fəal məhkəmə binasının yaxınlığında saxlanılıb.
Onlardan ikisi - Süleyman Ələkbərov və Mail Kərimli axşam saatlarında sərbəst buraxılıblar, bu barədə hüquq müdafiəçisi Arzu Abdulla bildirib.
Daha iki saxlanılan fəalın - İmran Məmmədli və Elgiz Məmmədovun taleyi naməlum olaraq qalır.