11 saylı koloniyada iğtişaşlar və məhbuslarla və administrasiya əməkdaşları arasında yaralananların olması barədə xəbərlər həqiqətəuyğun deyil.
Bunu Penitensiar Xidmətin nümayəndəsi Mehman Sadıqov deyib.Bununla o, iğtişaşlar və beş yaralı məhbusun tibb müəssisəsinə yerləşdirilməsilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib. Məlumatlara görə, məhbuslar koloniya rəhbərliyi onlarla pis rəftar etdiyi üçün qiyam qaldırıblar.
Sonuncu dəfə 2015-ci ildə 2 saylı koloniyada iğtişaşlar baş vermişdi. O zaman onların təşəbbüsçüsü kimi tanınmış kriminal avtoritet Lotu Qulini (Nadir Səlifov) elan etmişdilər.