Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.
32 yaşlı Nanə Quliyeva (ad-soyadı şərtidir) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.
TƏBİB-dən bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.
Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülüb və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib.