17 İyun 2022
Mətni dəyiş
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
Hadisə iyunun 17-si saat 9 radələrində İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib.
Bildirilir ki, mina partlayışı nəticəsində 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu yanaşı, daha bir neçə nəfər xəsarət alıb.
Onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir.
Xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı və Cəlal Babayev xəstəxanaya yerləşdiriliblər.
Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.