Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti qaldırılıb.
Belə ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. Bundan əvvəl bu marka benzinin 1 litrinin qiyməti 1.60 AZN təşkil edirdi.
Benzinin qiymətinin artırılması onunla əsaslandırılır ki, "Aİ-95" premium markal; benzin xaricdən idxal olunur və dünyada bu benzinin qiymətində artım baş verdiyi üçün, Azərbaycana da təsirsiz ötüşməyib.
Ancaq ölkə ictimaiəti qərarı birmənalı qarşılamayıb. Qərar sosial şəbəkələrdə tənqidlə qarşılanıb.