Qarabağda milyardlıq layihələr Türkiyə şirkətlərinə tendersiz necə verilib? [Araşdırma]

Qarabağda milyardlıq layihələr Türkiyə şirkətlərinə tendersiz necə verilib? [Araşdırma]
28 İyul 2022
Mətni dəyiş

I hissə

Televiziya kanalları Qarabağda salınan yollarla bağlı günaşırı xəbərlər yayır. Xəbərlərdə deyilir ki, işlər tam sürətlə aparılır və vaxtında təhvil veriləcək. Bəs bu yolları hansı şirkətlər salır, onlar necə seçilib, işin görülməsi üçün onlara nə qədər vəsait ayrılıb və ümumilikdə bu proses şəffaf keçirilirmi?

Qarabağda yol-nəqliyyat sisteminin yenidən qurulması üçün  2021-ci il üçün dövlət büdcəsindən 1 milyard  203 milyon manat vəsait ayrılıb. 2020-ci ildə isə bu işlərin görülməsinə Prezidentin Ehtiyat Fondundan  50 milyon manat yönəldilib. Bu ilin dövlət büdcəsindən də bu istiqamətdə xərclər ayrılsa da, ictimaiyyətə açıqlanan hər hansı bir sərəncama rast gəlinmir.

Prezidentin 2021-ci ilin 13 mart və 29 aprel tarixli Sərəncamları ilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”  ayrıca təsdiq edilib. Lakin sərəncamda nəzərdə tutulan investisiya bölgüsü  “dövlət sirri”  kimi məxfi saxlanlır. Bu səbəbdən çəkilməsi nəzərdə tutulan  676 km-lik 13-dən çox magistral yolun hər birinə çəkiləsi xərclərlə  bağlı əldə etdiyimiz məlumatlar yekun rəqəmlər deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə bu yollar salınır:

Zəfər yolu, Əhmədbəyli-Füzuli-Şuşa, Toğana- Kəlbəcər-İstisu və siyahıdakı digər yollar...

İşğaldan azad olunmuş ərazilərdə tikilən yol infrastrukturu

Avtomobil yolları

Uzunluğu

Baş Podratçı

Subpodratçı

Zəfər yolu

101 km

“16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC

“7 nömrəli Magistral Yolların İstismarı” MMC 

KOLİN” İnşaat Turizm San.

“Azvirt” MMC

Əhmədbəyli-Füzuli-Şuşa

81,6 km

“23 N-li Yol İstismarı” MMC,

“43 N-li Yol İstismarı” MMC,

“16 nömrəli Xüsusi Təyinatlı  Yol İstismarı” MMC

“7 nömrəli Magistral Yolların İstismarı” MMC

“Azvirt” MMC,

“Kolin İnşaat Turizm Sənaye və Ticarət”

“Cengiz İnşaat Sənaye və Ticarət”

Toğana-Kəlbəcər-İstisu

 

80,7 km

“3 N-li Magistral Yolların İstismarı” MMC

“Kolin İnşaat Turizm Sənaye və Ticarət”

“Cengiz İnşaat Sənaye və Ticarət

Kəlbəcər-Laçın Yolu

72,8 km

 

Proyapı

Ağdam-Füzuli

64,8 km

43 N-li Yol İstismarı” MMC,

“41 N-li Yol İstismarı” MMC

“Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” 

“Körpü-Bina-Tikinti” MMC

"North West Construction MMC"

Talış-Tapqaraqoyunlu-Qaşaltı

22 km

 

 

Qubadlı - Eyvazlı avtomobil yolu

28,5

“13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC

“Protean Construction” ASC

Hadrut-Tuğ-Azıx

22 km

 

“AzVirt” MMC

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd

123,8 km

“16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC

“Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi”

Xudafərin-Qubadlı-Laçın

83 km

“37 N-li Yol İstismarı” MMC

Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti

Şükürbəyli-Cəbrayıl-Hadrut

39.7 km

“13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC

“Körpü-Bina-Tikinti” MMC

Füzuli-Hadrut

13 km

16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC

“Azvirt” MMC 

Bərdə-Ağdam

45 km

54 N-li Yol İstismarı” MMC

“Körpü-Bina-Tikinti” MMC

2021-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin icrasına dair arayışa görə artıq 1 milyard manata yaxın vəsait Qarabağda yolların tikintisinə xərclənib:

Zəfər yolu- 152, 8 milyon manat, Füzulidən Şuşaya gedən ikinci yol- 203,8 milyon manat, Toğana-Kəlbəcər-İstisu avtomobil yolu- 76,7 milyon manat, Kəlbəcər-Laçın avtomobil yolu 66, 1 milyon manat, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd- 143,7 milyon manat, Qubadlı-Laçın yolu- 75,2 milyon manat, Şükürbəyli-Cəbrayıl-Hadrut yolu- 46,3 milyon manat, Füzuli-Hadrut avtomobil yolu- 20,1 milyon manat, Bərdə-Ağdam yolu- 51,5 milyon manat, Ağdam-Füzuli avtomobil yolu- 8 milyon manat, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun layihələndirilməsi və tikintisinə 5 milyon manat yönəldilib.

Bunlardan başqa,  Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu,  Qubadlı - Eyvazlı,  Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu da inşa edilir.

Təqribən 2022-ci ildə də eyni səviyyədə investisiyanın ayrıldığı avtomobil yollarının tikintisi heç bir tender aparılmadan həyata keçirilir. AAYDA bu layihələri baş podratçı kimi öz tabeliyində olan tikinti müəssisələrinə verib. Türk və yerli şirkətləri isə tikinti işlərinə subpodratçı olaraq iştirak edir.

Belə bir prosedurun “Dövlət satınalamlar haqqında” Qanunun 21-ci maddəsinə -bir mənbədən satınalma metodundan istifadə şərtlərinə görə həyata keçirilməsi istisna deyil.  Bu maddə o zaman aktual olur ki, fövqəladə hallarda, alternativlər olmadıqda və təcili təlabat yaranarsa, tender keçirilməyə bilər. Lakin işğaldan azad olunan ərazlərin yenidənqurma işlərinin həyata keçirilməsi nə dərəcədə bu bəndlərə uyğun gəlir?

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli AbzasMediaya bildirib ki, yollların tikinti və layihələndirilməsində iştirak edən şirkətlər tender yolu ilə seçilməyib, müqavilə əsasında işə başlayıblar. O, digər suallarımızı cavablandırmaq üçün sorğu göndərməyimizi   istədi. Amma 4 ay müddətində sorğumuza cavab vermədi.

Dövlət satınalmaları sahəsində mütəxəssis Vüqar Hüseynlinin sözlərinə görə, xüsusi hallarda birbaşa müqavilələrin bağlanmasına qanunvericilik imkan versə də, hər bir halda keçirilən müsabiqələr, bağlanan müqavilələr haqqında məlumatlar  Dövlət Satınalmalarının saytında yerləşdirilməlidir:

“Türk şirkətləri və digər şirkətlərlə müqavilələrin bağlanması və bunların açıqlanmaması məsələsi standart satınalma qanunvericiliyi ilə tənzimlənir. Müsabiqə keçirilməlidir, elan olunmalıdır və burada bütün məlumatlar yerləşdirilməlidir. Əgər elan olunmayıbsa, böyük ehtimal bir mənbədən satınalma üsulundan istifadə olunub. Antinhisar Xidmətinə müraciət olunub, onların razılığı olduqdan sonra həmin şirkətlərlə birbaşa müqavilə bağlanıb. Bu da təcili olan hallarda qanunvericilik həmin qaydalara, prosedurlara icazə verir. Amma bu, heç bir halda həmin proseslərlə bağlı şəffaflığı istisna eləmir”.

1 milyarddan çox vəsaitin ayrıldığı yol layihələrini tendersiz icra edən şirkətlər kimlərə bağlıdır?

Araşdırmanın II hissəsini buradan oxuyun.

Araşdırma: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun