Avqustun 9-da Budapeştdə Macarıstanın "Ferensvaros" klubunu 3:1 hesabı ilə məğlub edən "Qarabağ" komandası Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Bir həftə əvvəl Bakıda komandalar 1:1 hesablı heç-heçə etmişdilər.
Macarıstan paytaxtında keçirilən görüş “Qarabağ”ın hücumları ilə başlayıb. Artıq 7-ci dəqiqədə Ferencváros cərimə meydançasına daxil olan Abdella Zubir topu dəqiqliklə qapının yaxın küncünə vuruи.
İkinci hissədə, 54-cü dəqiqədə “Qarabağ” hesabda fərqi artırıb. Kadinin ötürməsindən sonra hücumu İbrahima Vadji uğurla tamamlayıb.
78-ci dəqiqədə Ramil Şeydayevin incə ötürməsindən sonra Vadji üçüncü dəfə meydan sahiblərinin qapısına yol tapıb.
Macarlar 86-cı dəqiqədə təsəlli qolunu vurmağı bacarıb - Adam Traore fərqlənib.
Beləliklə, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib və burada onun rəqibi Çexiyanın “Viktoriya”klubu olajaq.