11 yaşlı Xədicə həkim məsuliyyətsizliyinə görə yatağa məhkum olub

4 Oktyabr 2024
Mətni dəyiş

“Mənə ətrafdan deyirlər ki, həkimlər 3-5 il cəzalanarsa, nə dəyişəcək ki? Övladın geri qayıdacaq? Deyirəm ki, bu həkimlər sabah da, o biri gün də başqa bir insanın övladını məsuliyyətsizlik nəticəsində bədbəxt eləməsinlər deyə, ən azından verilən cəza bunlara və digər işinə məsuliyyətsiz yanaşan həkimlərə məsuliyyət yaratsın”.

3 uşaq anası Şahnaz Mehdiyeva 8 aydan çoxdur ki, yatağa məhkum olan qızına qulluq edir. 11 yaşlı Xədicə bu ilin fevralında “Bakı Sağlamlıq Mərkəzi”ndə keçirdiyi diş əməliyyatı zamanı komaya düşüb.

Nəticədə beyninin fəaliyyəti qalıcı olaraq 97 faiz dayanıb. Şahnaz Mehdiyeva deyir ki, övladı klinikanın anestezioloqu Fərəh Amanovanın səhlənkarlığının nəticəsində hərəkət qabiliyyətini itirib. Şahnaz xanım deyir ki, əməliyyatdan əvvəl həkimlərə övladının allergiyaya həssas olduğu barədə xəbərdarlıq etsə də, ondan nə analiz götürülüb, nə də əlavə məlumat alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun