“Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi” sökülür, obyekt sahibləri narazıdır

31 Oktyabr 2024
Mətni dəyiş

““Vosmoy” bazarı bağlansa, elə bil, Azərbaycanın kasıb təbəqəsi qırıldı. Ondansa hamımızı öldürsün, ondan sonra bağlasın” Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb. Ərazidə artıq 150-dən köşk və piştaxtaların söküldüyü bildirilir.

Söküntü işləri orada fəaliyyət göstərən obyekt sahiblərinin narazılığına səbəb olub. Onlar deyirlər ki, söküntü ilə bağlı aidiyyəti qurumlardan əvvəlcədən məlumat verilməyib. İndi də yerdə qalan mallarını harada satacaqlarını bilmirlər. “Bizə qabaqcadan xəbər vermirlər ki, ay yetim insanlar, ay evsiz insanlar, ay küçəyə dağılanlar, 5-10 günə bura bağlanacaq. Heç kim deməyib. Gecə yatdıq, səhər oyandıq ki, yığışdırılıb”. “Millətin çörəyi ilə oynadılar.

Mən 3 uşaq oxuduram. Məktəblərinin pulunu bilmirəm necə ödəyəcəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun