Mayın 25-də “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamova barəsində çıxarılan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim istintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatını təmin edib.
Nərgiz Absalamovanın həbs müddəti artıq ikinci dəfədir ki, uzadılır. Bu ilin fevralından etibarən “Abzas Media”nın bu iş üzrə həbs edilmiş digər 5 əməkdaşının da həbs müddəti uzadılıb.