“Bunun başqa xərcləri var, kommunalı var, qidası var. Yəni, çox azdır. Az deyil ey, sürünmək olar”
Bazarda günbəgün artan qiymətlər daha çox minimum əməkhaqqı alanlara problem yaradır. Çünki onların gəlirləri xərclərini qarşılamır. Onlar da artan qiymətlər fonunda gəlirlərinin artmasını istəyirlər. Azərbaycanda sonuncu dəfə minimum əməkhaqqı ötən il yanvarın 1-də artırılıb.
Prezidentin imzaladığı sərəncamla minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"na əsasən, bu il Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təklifləri hazırlamaq tapşırılıb. İqtisadçı ekspert Fərid Mehralızadə deyir ki, hökumət 2012-ci ildə qəbul etdiyi “Gələcəyə baxış 2020” inkişaf konsepsiyasında da 2020-ci ilədək ölkədə minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi. Lakin hazırda minimum əməkhaqqı nəzərdə tutulan məbləğdən iki dəfə azdır.