“Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlər Elnarə Qasımova və Hafiz Babalının istintaq dövrü üçün həbs müddəti yenə uzadılıb.
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim Fuad Axundov istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatlarını təmin edib. Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb. Bununla bərabər, istintaq müddəti də sentyabrın 20-nə qədər uzadılıb.
Jurnalistlərin həbs müddəti artıq ikinci dəfə uzadılır. Bu ilin fevralından etibarən bu iş üzrə həbs edilmiş digər media nümayəndələrinin də həbs müddətləri uzadılıb.