İyunun 11-də "Abzas Media işi" üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın istintaq dövrü üçün həbs müddəti daha 3 ay uzadılıb.
“Abzas Media”ya bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib. Nərgiz Absalamova məhkəmədə çıxış etməkdən imtina edib və bunun mənasız olduğunu, qərarın sifarişlə artıq verildiyini bildirib.