Sumqayıt sakini Elvin İsgəndərovun polis bölməsində işgəncə nəticəsində dünyasını dəyişdiyi bildirilir.
İyunun 15-nə keçən gecə əlil qardaşını polislərin əlindən almağa çalışan Elvin İsgəndərov bir neçə nəfərlə birlikdə bölməyə aparılıb. Onunla birlikdə bölməyə aparılan qardaşı orada ağır işgəncələrə və təhqirlərə məruz qaldıqlarını deyir. Sonradan onların arxasınca gedən dayısı Elvinin cansız bədəni ilə üzləşib.
Onun bədəninin müxtəlif nahiyələrində qançırlar, boğulma izləri, şişlər olsa da, aparıldığı xəstəxanada ürək tutmasından öldüyü barədə akt tərtib olunub. Polis Elvin İsgəndərovun bölmədə işgəncələrə məruz qalması ilə bağlı iddiaları rədd edib.
Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər Polis İdarəsi və 1 saylı Polis Bölməsi hadisə ilə bağlı sualları cavabsız qoyub.