4 hərbçi qeyri-döyüş şəraitində həlak olub: "Nəzarətsizlik, məsuliyyətsizlik..."

1 Avqust 2024
Mətni dəyiş

İyulun 30-da Laçın rayonunda 4 hərbçi qeyri-döyüş şəraitində həlak olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Asif Emnalıyev, Fərid Cəbrayılov, Tural Səmədov və Emin Şahmarlı kükürd qazlı termal sularda çimərkən zəhərləniblər.

Hərbi ekspert Cəsur Sümərənli deyir ki, bu kimi hadisələrin əsas 3 səbəbi var: nəzarətsizlik, məsuliyyətsizlik və maarifləndirmə işinin zəif olması. Ekspert deyir ki, şəxsi heyətin hərbi hissəni özbaşına tərk etməsi və ya icazə ilə tərk etməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki, hərbi xidmət qaydalarına görə, hər hansı kənar su hövzəsində çimmək qadağandır.

"Şəxsi heyətin intensiv məlumatlandırılması, maarifləndirmə vacibdir. Bu baş verməsə, bədbəxt hadisələrin sayı daha da artacaq" - Cəsur Sümərənli əlavə edib. 2024-cü ildə dünyasını dəyişən hərbi qulluqçuların sayı təxminən 30 nəfərdir. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə artım olduğunu göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun