8 aydan çoxdur həbsdə qalan “Abzas Media”nın jurnalisti Nərgiz Absalamova bu gün 26 yaşını qeyd edir.
Jurnalist “Abzas Media”ya qarşı açılan qondarma cinayət işində 5 həmkarı ilə birlikdə qaçaqmalçılıqda ittiham edilir.
Nərgiz Absalamova MikroskopMedia, Toplum TV və Abzas Media kimi bir neçə müstəqil media orqanlarında jurnalist fəaliyyəti göstərib.
O, peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə polis zorakılığı, təqib və təhqirlərlə üzləşib.