“MTN işi”ndə adı hallansa da, məhkəmədə dindirilməyən sabiq deputat

26 İyul 2024
Mətni dəyiş

 

Araşdırılmayan cinayətlər: 22-ci seriya - Ziyad Səmədzadə

Zərərçəkən və təqsirləndirilən şəxslər 8 milyon dolların Ziyad Səmədzadəyə çatdığını bildirirlər Ziyad Əliabbas oğlu Səmədzadə - Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, altıncı çağırış Milli Məclisin deputatı... 2005-ci ildən Milli Məclisin üzvü olan 84 yaşlı Ziyad Səmədzadə 2024-cü il sentyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasından irəli sürülən namizədlərin siyahısında yer almayıb. Ziyad Səmədzadə müstəqillikdən öncə də uzun müddət Ali Sovetin deputatı olub.

1985-ci ildən Ali Sovetin İqtisadiyyat Məsələləri üzrə Daimi Komissiyasının sədri, Ali Sovet sədrinin birinci müavini, Dövlət Plan Komitəsinin sədri, baş nazirin birinci müavini kimi vəzifələrdə çalışıb. Xeyli vaxtdır ki, Ziyad Səmədzadənin adı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin sahibkarları qanunsuz həbs etdirib, onların külli miqdarda pullarını, əmlaklarını əllərindən almaları ilə bağlı cinayət işində hallanır. MTN-də sahibkarlardan alınan milyonlarla vəsaitdən sabiq deputata da çatdığı iddia olunur.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun