Azərbaycan müxalifətinin tanınmış siması Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq 39 gündür ölüm aclığı edir.
O, artıq su da içə bilmir. İctimaiyyət nümayəndələri deyir ki, prezident İlham Əliyev hətta onun ölümünü də gözə alıb, ancaq bunun ən gec bir neçə ilə yaradacağı məsuliyyəti tam anlamır.
Çünki Ağır Cinayətlər Məhkəməsində siyasətçinin şərləndiyi tamamilə üzə çıxıb. 22 ildir ölkəni idarə edən Əliyevin ən ciddi siyasi rəqiblərindən biri olan Yaqublu son 3 prezident seçkisinin 2-sini həbsdə keçirib.
O, Əliyevlər hakimiyyəti dövründə 8 dəfə həbs olunub və hər dəfə vicdan məhbusu kimi tanınıb.