Mayın 6-da 9 il azadlıqdan məhrum edilmiş siyasətçi Tofiq Yaqublu barəsində hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya məhkəməsində hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə vəkillər 36 gündür ölüm aclığı edən Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
Vəsatət təmin edilməyib və məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2024-cü il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.
Yaqublu həbsinin qanunsuz olduğunu bildirir və azadlığa buraxılmaq tələbilə ölüm aclığı edir.