İctimai fəal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

İctimai fəal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Foto: Amerikanın Səsi
22 İyul 2025
Mətni dəyiş

İctimai fəal Nicad İbrahim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azadlıq Radiosu yazır ki, iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İctimai fəal Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə - Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda təqsirli bilinib. CM-in 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittihama isə xitam verilib.

Nicad İbrahim son sözündə təqsirsiz olduğunu, kimsəni bıçaqlamadığını bildirib.

Bildirib ki, 2020-ci ildə prezident İlham Əliyevə istefa tələbi ilə sosial media hesabındakı paylaşımlarına görə hələ də ondan qisas alınır, bu üzdən şərlənib.

İyulun 21-də dövlət ittihamçısı ona 9 il cəza istəmişdi.

Nicad İbrahim 2024-cü ilin sentyabrında Bakıda həbs olunub. Buna qədər o, Azərbaycan polisini tənqid edən fikirlər paylaşıb. Əvvəlcə onun ölkədən çıxışına icazə verilməyib, bir neçə gün sonra isə baş vermiş hadisə çərçivəsində saxlanıldığı məlum olub. 

Nicad İbrahim bundan əvvəl də dəfələrlə müxtəlif ittihamlarla həbs olunub. O, sonuncu dəfə 2021-ci ildə karantin qaydalarını pozmaq ittihamı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun