2000-dən çox müəllim sertifikasiya imtahanından keçə bilməyib

2000-dən çox müəllim sertifikasiya imtahanından keçə bilməyib
13 Avqust 2025
Mətni dəyiş

2025-ci ildə sertifikatlaşdırma prosesində 2343 müəllim keçid balını toplaya bilməyib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilir ki sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətini qiymətləndirmək və alternativ işlə təmin etmək məqsədilə yerli təhsil orqanlarında xüsusi komissiyalar yaradılıb.

Məlumata görə, müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub.

MÜTDA deyib ki, hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.

Qurumun məlumatına görə, bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan keçib və əməkhaqqını əlavələrlə alacaq.

Sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlar müxtəlif vaxtlarda gündəmə gəlib.

Ötən il 2024-cü ilin iyunun 24- keçirilən sertifikasiya imtahanın nəticələrindən şikayətçi olan bir qrup kimya müəllimi iyulun 1-də Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Müəllimlər həmin vaxt bildirmişdilər ki, imtahan sualları proqrama uyğun tərtib olunmayıb və suallar həddən artıq riyaziləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun