“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli builki Vatslav Havel İnsan Hüquqları mükafatına namizəd seçilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Theodoros Rousopoulosun sədrliyi ilə Praqada keçirilən iclasda seçilmiş qısa siyahıya Həsənli ilə yanaşı Gürcüstandan Mzia Amaghlobeli və Ukraynadan Maksym Butkevych də daxil edilib.
Ülvi Həsənli illərdir siyasi fəaliyyətlə məşğul olub, daha sonra jurnalistika sahəsinə keçid edib.
2016-cı ildə “Abzas Media”nı təsis edib və həmin vaxtdan bəri bu media qurumunun direktorudur.
“Abzas Media” Prezident İlham Əliyev və onun ailəsi, yüksək çinli məmurların korrupsiya əməllərini araşdırdığına görə, o, 9 il müddətinə azadlıqdan məhrum edilib
Həsənli əsassız həbslərə, işgəncələrə və siyasi motivli ittihamlara məruz qalıb.
2025-ci ilin iyununda o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Mükafatın qalibi bu il sentyabrın 29-da Strasburqda keçiriləcək AŞPA-nın payız plenar sessiyasının açılışında elan olunacaq.
Vatslav Havel İnsan Hüquqları Mükafatı 2013-cü ildən etibarən hər il təqdim olunur.
2014-cü ildə bu mükafata Azərbaycandan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli layiq görülüb.