Salman Rüşdi hücumdan sonra bir gözünü itirib

Salman Rüşdi hücumdan sonra bir gözünü itirib
24 October 2022
Mətni dəyiş

Yazıçının bir qolu hərəkətsiz qalıb 

75 yaşlı yazıçı Salman Rüşdi bu ilin avqustunda ABŞ-da mühazirə zamanı bıçaqlanandan sonra bir gözünün görmə qabiliyyətini itirib. Bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində yazıçının nümayəndəsi Endryu Uayli məlumat verib. 

Bundan əlavə, Rüşdinin bir qolu hərəkət qabiliyyətini itirib.

E. Uayli Salman Rüşdinin harada olduğunu açıqlamayıb. "O, yaşayacaq ... Bu, ən vacib şeydir"- Uayli əlavə edib.

Qələmə aldığı “Şeytan ayələri” romanına görə əlli ildən artıq ədəbi karyerası ərzində ölümlə hədələnən Salman Rüşdi avqustun 12-də Nyu-York ştatında çıxışından əvvəl hücuma məruz qalıb. Hücum edən şəxs onu qaraciyərindən yaralayıb, qolundakı və gözündəki sinir toxumalarını da zədələyib. 

Hücumdan sonra saxlanılan 24 yaşlı Hadi Matar bu hadisədə özünü təqsirli bilməyib.

Sürrealist və postmodern roman olan “Şeytan ayələri” bəzi müsəlmanlar tərəfindən “dinə küfr edən kitab” kimi dəyərləndirilib.

Sözügedən kitab 1988-ci ildə işıq üzü görən kimi qəzəblərə və qadağan edilməsi üçün çağırışlara səbəb olub.

İranın dini lideri Ayətullah Xomeyni müəllifə qarşı ölüm fətvası verib və “Rüşdinin başına” 3 milyon dollar mükafat qoyub. Bu hal kitabı başqa bir mərhələyə, diplomatik böhranlara daşıyıb.

Rüşdi bir çox müsəlman tərəfindən “kafir” elan edilsə də, bəziləri tərəfindən ifadə azadlığının təmsilçisi hesab edilib.

Related News

Subscribe to stay updated