Yerli vaxtla saat 07.00 radələrində baş verən partlayışda Çevik Polis İdarəsinin yerləşdiyi binanın ön cəbhəsi tamamilə çökərkən, yan tərəfdə polislərin qaldığı hissələr dağılıb. Hadisə yerinə TOMA'lar və xilasetmə qrupları çağrılıb. Cizre rayonuna bütün giriş və çıxışlar bağlanılarkən, bölgəyə göndərilən təhlükəsizlik qüvvələri əməliyyata başlayıb. Qeyd edək ki, hücum sonrası ilk məlumatlarda 8 polisin şəhid olduğu bildirilmişdi.
Səhiyyə naziri Recep Akdağ ilk açıqlamasında "Cizre rayonunda 4-ü ağır 70 yaralı var. Şəhid sayı barədə dəqiq məlumat verə bilmərəm. Şırnak polisi sizə real rəqəmləri çatdıracaq. Biz Səhiyyə Nazirliyi olaraq bu kimi vəziyyətlərdə daha çox yaralılarla maraqlanırıq. Ümid edirəm ki, şəhid sayı daha çox artmaz" sözlərini sərf etmişdi.
Partlayış zamanı 7 aylıq bir körpə də yaralanıb. Adı hələ öyrənilməyən 7 aylıq körpə hazırda çatdırıldığı Cizre Dövlət Xəstəxanasında müalicə edilir.