Mehriban Əliyevanın hansı vəzifələri var? [siyahı]
21 Fevral 2017
Mətni dəyiş
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.
Abzas.net Mehriban Əliyevanın tutduğu vəzifələri sizə təqdim edir:
1) Azərbaycan Mədəniyyət Fondununun rəhbəri (1995 - Vəzifədədir)
2) Azərbaycan Gimnastika Federasiyasının prezidenti (2002 - Vəzifədədir)
3) Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv (28 dekabr 2004 - Vəzifədədir)
4) Birinci Avropa Oyunları təşkilat komitəsinin sədri (2013 - 2015)
5) Heydər Əliyev Fondunun prezidenti (10 may 2004 - Vəzifədədir)
6) Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü (2004 - Vəzifədədir)
7) Yeni Azərbaycan Partiyasının sədr müavini (2013 - Vəzifədədir)
8) Azərbaycan Respublikası Milli Məclisinin debutatı (2005, 2010 və 2015 - Vəzifədədir)
9) UNESCO-nun Xoşməramlı Səfiri (13 avqust 2004 - Vəzifədədir)
10) ISESCO-nun Xoşməramlı Səfiri (24 noyabr 2006 - Vəzifədədir)
11) Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri (2015 - Vəzifədədir)
Əliyeva Mehriban Arif qızı
1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat yoldaşıdır.