Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib
13 Fevral 2018
Mətni dəyiş

Fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun