Robert Koçaryanın oğluna da cinayət işi açılıb

Robert Koçaryanın oğluna da cinayət işi açılıb
18 Fevral 2019
Mətni dəyiş

Ermənistanın eks prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryana da cinayət işi qaldırılıb.

Oğul Koçaryan çirkli pulların yuyulması və vergindən yayınmada ittiham olunur. Bu haqda Sedrak özü jurnalistlərə açıqlamasında deyib:

"Mənim həbsim haqda yayılan xəbərlər doğru deyil, ancaq mənə ittiham irəli sürülüb. Prokurorluq çirkli pulların yuyulmasıyla bağlı qurama bir iş hazırlayıb, guya mən vergidən yayınmışam".

Onun sözlərinə görə qabaqlayıcı tədbir kimi, ondan heç yerə getməməklə bağlı iltizam alıblar.

Sedrak Koçaryan deyir ki, onu məhz bu işə görə həbs də edə bilərlər, elə həbsi ilə bağlı şaiələr də bu üzdən yayılıb.

Bundan öncə Sedrak Koçaryan "Konqress" mehmanxanasını 6 milyon dollar ödəyərək ələ keçirməsinə görə dindirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun