Məhəmməd Kekalova qarşı cinayət işi açılıb, amma vəkili ilə görüş verilmir

Məhəmməd Kekalova qarşı cinayət işi açılıb, amma vəkili ilə görüş verilmir Foto: Eu neighbours east
22 Noyabr 2023
Mətni dəyiş

Vəkil: “DİN deyir vəkili var, amma ailəsi mənimlə müqavilə bağlayıb

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalova qarşı cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev vəkil Rövşanə Rəhimliyə məlumat verib. Hacıyev Məhəmməd Kekalovun hansı cinayət işi üzrə, hansı maddələrlə məsuliyyətə cəlb olunduğunu açıqlamayıb.

“Dedi ki, onun vəkili var. Mən də dedim ailəsi mənimlə müqavilə bağlayıb axı. Hacıyevdən sonra ailə ilə yenidən danışdım, onların da xəbəri yoxdur yeni vəkil məsələsindən”, - deyə Rövşanə Rəhimli Abzas Media-ya bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

Məhəmməd Kelalov noyabrın 20-də evlərindən mülki geyimli polis əməkdaşları tərəfindən zorakılıqla aparılıb. Onun kömpüteri və bəzi digər əşyaları da götürülüb.

Vəkili Rövşanə Rəhimli polis idarələrinə müraciət etsə də, iki sutkaya yaxın fəal haqda məlumat almaq mümkün olmayıb. Ailəsi və yaxınları da bu müddət içində ondan narahat qalıblar.

Ötən gün məhkəmə qərarı ilə Abzas Media onlayn nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı haqda 4 ay həbs qətimkan tədbiri seçilib. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Jurnalistlərin hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun