Qubad İbadoğlunun qızı Azərbaycanın Almaniyadakı səfirliyinin önündə təkadamlıq aksiya keçirib

20 Fevral 2024
Mətni dəyiş

Qubad İbadoğlunun qızı Jalə Bayramova Azərbaycanın Almaniyadakı səfirliyinin önündə təkadamlıq aksiya keçirib

O, Azərbaycan hökumətindən atasının dərhal azad edilməsini tələb edib. 7 aydır həbsdə saxlanılan iqtisadçı alimin səhhətindəki problemlər kəskinləşib.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, saxta pul əldə etmə və dini ekstremizmdə ittiham olunur. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun