“AbzasMedia” müstəqil media orqanının 6 əməkdaşının həbsindən 6 ay ötür

20 May 2024
Mətni dəyiş

Bu gün “AbzasMedia” müstəqil media orqanının 6 əməkdaşının həbsindən 6 ay ötür.

“AbzasMedia” Azərbaycanda dövlət məmurlarının və hakimiyyət orqanlarının biznesləri, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media platformasıdır.

Araşdırmalar nəticəsində məlum olub ki, dövlət məmurlarına məxsus olan şirkətlər Qarabağda keçirilən tenderlərdə qanunsuz iştirak edərək sərvətlərini artırıblar. Araşdırmalar zamanı o da məlum olub ki, bu korrupsiya halları təkcə yerli şirkətlər tərəfindən deyil, həm də ofşor şirkətlər vasitəsilə həyata keçirilib.

“AbzasMedia” Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri, Xarici İşlər naziri Ceyhun Bayramovun, Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırmaları, eləcə də onlarla nazirlər və məmurların adı hallanan açılmamış cinayətlərlə bağlı materiallar dərc edib. “Abzas MEdianın” jurnalistlərinin həbsləri də məhz bundan sonra başlayıb.

2023-cü il noyabrın 20-dən etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kəkalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan qrup halında qaçaqmalçılıq etməkdə ittiham edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Bəs bu 6 aylıq dövr ərzində nələr baş verdi? Başdan yada salaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun