“AbzasMedia”nın 9 aya yaxındır həbsdə olan direktoru Ülvi Həsənlinin doğum günüdür

10 Avqust 2024
Mətni dəyiş

Bu gün 9 aya yaxındır əsassız ittihamlarla həbsdə saxlanılan “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin 37 yaşı tamam olur.

O, “Abzas Media”nın digər 5 əməkdaşı ilə birlikdə ölkə başçısı İlham Əliyevin ailə üzvləri və yüksək çinli məmurlar haqqında dərc etdiyi korrupsiya araşdırmalarına görə həbs edilib. Məhkəmə prokurorluğun ittihamlarını təsdiq etsə, onu 5 ildən 8 ilədək həbs cəzası gözləyir. Bununla belə, həbs edilməsi Ülvi Həsənlini susdura bilməyib.

O, indi də saxlanıldığı təcridxanada məhbuslara verilən işgəncə faktlarını ictimailəşdirməkdə davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun